Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-200, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, martın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 250 m3/s olmaqla ongünlük normanın 103 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 118 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda və Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 17 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 438 sm (2015-ci il martın 04-də 372 sm), Şirvanda 307 sm (2015-ci il martın 04-də 269 sm), Salyanda 270 sm (2015-ci il martın 04-də 237 sm), Bankədə 203 sm (2015-ci il martın 04-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 158 sm (2015-ci il martın 04-də 130 sm) təşkil edir.
1news.az