Bakı Apellyasiya Məhkəməsinin yeni hakimi təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Apellyasiya Məhkəməsinin yeni hakimi təyin olundu

19:33 - 04 / 03 / 2016
Bakı Apellyasiya Məhkəməsinin yeni hakimi təyin olundu

Martın 4-də Milli Məclisin plenar iclası zamanı 1 №-li Bakı İnzibati-İqtisad Məhkəməsinin sədri vəzifəsini yerinə yeritən Museyib Hüseynovun işdən çıxarılması məsələsinə baxılıb.

1news.az xəbər verir ki, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov qeyd edib ki, Museyib Hüseynov ölkə rəhbərliyinə müraciət edərək başqa işə keçmək istədiyini bildirib.

Ərizəsində M.Hüseynov həmçinin, Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunmasını xahiş edib.

Müzakirələrdən sonra bu məsələ səsverməyə qoyulub və M.Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

1news.az

  

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər