Kanada alimləri “canlı və nəfəs alan” kompyuter yaradıblar | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kanada alimləri “canlı və nəfəs alan” kompyuter yaradıblar

09:35 - 04 / 03 / 2016
Kanada alimləri “canlı və nəfəs alan” kompyuter yaradıblar

Kanadanın Monreal Makgill Universitetinin ABŞ, Niderland, İsveç və Almaniya alimlərindən ibarət qrupu yeni bioloji superkompyuterin uğurlu sınaqlarını keçirib.

1news.az dni.ru saytına istinadən xəbər verir ki, onlar yeddi il tədqiqat apardıqdan sonra canlı orqanizm prinsipi üzrə işləyən yeni çipin riyazi modelini ərsəyə gətirməyə nail olublar.

Əvvəlki superkompyuter modelləri ölçülərinə görə basketbol meydançasına bərabər olub. Lakin alimlərin təqdim etdiyi yeni model kitabın ölçüsündən heç də böyük deyil. Onun prosessorunun ölçüsü 1,5 santimetr olmaqla adi kompyuterin prosessorunun ölçüsündən xeyli kiçikdir. Biokompyuterlərin ən böyük üstünlüyü isə onların ənənəvi superkompyuterlərlə müqayisədə az enerji sərf etməsindədir.

Alimlərin fikrincə, onların təqdim etdiyi texnologiya canlı hüceyrələr əsasında işləyən “nəfəs alan” superkompyuterlər dövrü istiqamətində atılan ilk addımdır.

Tədqiqat müəlliflərindən olan Den Nikolau bildirib ki, hələ həll edilməli çoxlu məsələ var ki, onlardan da ən başlıcası bioloji superkompyuterin hibrid hesablama sisteminin yaradılması üçün adi kompyuterlə uyğunlaşdırılmasıdır.

1news.az

Paylaş:
899

Son xəbərlər

Bütün xəbərlər