Abşeron rayonunda məktəblərə qənim kəsilmiş oğru dəstə ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron rayonunda məktəblərə qənim kəsilmiş oğru dəstə ələ keçdi

21:46 - 04 / 03 / 2016
Abşeron rayonunda məktəblərə qənim kəsilmiş oğru dəstə ələ keçdi

Abşeron rayonundakı bir neçə məktəbdən oğurluq edən dəstə üzvləri saxlanılıblar.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompyuter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700  manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompyuter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1news.az

 

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər