“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə keçirilib

11:27 - 04 / 03 / 2016
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə keçirilib

Heydər Əliyev Sarayında xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmiş “Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə keçirilib.

1news.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçiliği ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə, Xalq Şairi Z.Yaqubun kitablarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şairin yaradıcılığından söhbət açıb. Bildirib ki, Z.Yaqub öz yaradıcılığı ilə Azərbaycan dilinin və bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Şair xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb.

Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olmuşdu. O, ilk qələm təcrübəsindən ömrünün sonunadək nə yazıbsa xalq tərəfindən bəyənilib. Onun poeziyası insanlara yaşamaq eşqi, dünyaya, həyata sevgi bəxş edib. Hər zaman xalqının yanında olmağı bacaran şairə olan millət sevgisi də tükənməz olub. Məhz bu sevginin göstəricisidir ki, ədib müstəqil Azərbaycanın bir çox fəxri adlarına layiq görülüb, iki çağırış Azərbaycanın Milli Məclisinin deputatı seçilmişdi.

Vurğulanıb ki, güclü hafizəyə, qaynar təbə malik Z.Yaqub ədəbiyyata gəlişi ilə sənətsevərlərin diqqətini cəlb edib, ötən əsrin 70-80-ci illərindən başlayaraq son nəfəsinə qədər Vətənin, el ədəbiyyatının və aşıq sənətinin təbliğatçısına çevrilib.

Z.Yaqub ilk növbədə sevilən şair idi. Onun qələmindən çıxan şeirlər, poemalar bədii qüdrəti ilə Azərbaycan və dünya oxucusunun qəlbini həyəcana gətirərək dillərdə dolaşır. Xalqın ruhu, folkloru, dövlətçilik ənənəsi, Vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam hissi şairin yaradıcılığının əsas mövzusunu təşkil edir.

Nazir qeyd edib ki, Z.Yaqub, eyni zamanda türk dünyasının böyük şairidir və türk dünyasının hər yerində sevilir. O, bir çox xarici ölkələrdə keçirilən ədəbi məclislərdə Azərbaycan ədəbiyyatını ləyaqətlə təbliğ edirdi. Görkəmli sənətkarın Azərbaycan Aşıqlar Birliyinin sədri kimi aşıq sənətinin inkişafında da çox böyük töhfələri olub.

Diqqətə çatdırılıb ki, o, dahi şəxsiyyət Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemasında ulu öndərin böyük xidmətlərini özünün yaradıcılıq məharəti, ürəyinin istisi ilə vəsf etmişdi.

Bildirilib ki, “Gəlmişəm, qoynunda sığınacaq ver”, - deyən xalq şairinin “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram”, “Ziyarətin qəbul olsun”, “Od aldığım ocaqlar”, “Mən sənin qəlbinə necə yol tapım”, “Mən bir dağ çayıyam”, “Əbədiyyət dastanı”, “Peyğəmbər” kimi əllidən çox şeir kitabı ona elə böyük oxucu sevgisi qazandirib ki, hələ uzun illər xatirələrdən silinməyəcək, sözü, sənəti ilə daim yaşayacaq.

Gecədə ədibin sağlığında çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib, qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar söyləyiblər. Aşıqların, incəsənət ustalarının ifasında şairin sözləri və sözlərinə yazılmış mahnılar səsləndirilib.

1news.az

Paylaş:
631

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər