"Azərbaycan İnvestisiya Şirkəti" Aktaudakı logistika mərkəzində payçı olacaq
“Azərbaycan İnvestisiya Şirkəti” ASC "Azərsun Holdinq"in Qazaxıstanın Aktau şəhərində təsis etdiyi logistika mərkəzində payçı kimi iştirak edəcək.
1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda deyilir.
"Azərbaycanda istehsal edilən məhsulların xarici istehlak bazarlarına çıxışının dəstəklənməsi məqsədi ilə "Azərsun Holdinq"in Qazaxıstanın Aktau şəhərində təsis etdiyi logistika mərkəzində "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin payçı kimi iştirakı məsələsi üzrə danışıqlar tamamlanmaq üzrədir", - deyə hesabatda bildirilir.
1news.az
873