Fevral ayında Ceyhan limanından 2,4 milyon tona yaxın neft dünya bazarlarına çıxarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Fevral ayında Ceyhan limanından 2,4 milyon tona yaxın neft dünya bazarlarına çıxarılıb

11:50 - 04 / 03 / 2016
Fevral ayında Ceyhan limanından 2,4 milyon tona yaxın neft dünya bazarlarına çıxarılıb

2016-cı ilin fevral ayı ərzində 2 milyon 387 min 142 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

1news.az –a SOCAR –ın mətbuat xidmətindən verilən məlumata görə, bu həcmin 1 milyon 342 min 125 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edir. Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından 5 milyon 235 min 233 ton neft ixrac olunub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il mart ayının 1-ə qədər Ceyhan limanından 296 milyon 429 min 005 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

1news.az

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər