MDB qərargahında müdafiə məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

MDB qərargahında müdafiə məsələləri müzakirə olunub

00:28 - 04 / 03 / 2016
MDB qərargahında müdafiə məsələləri müzakirə olunub

Martın 2-3-də MDB hökumət rəhbərləri Şurasının layihələrin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda iki məsələ müzakirə edilib. Onlardan biri Birlik üzv-dövlətlərinin birləşmiş hava hücumundan müdafiə (HHM) sisteminin təkmilləşdirilməsinə dair normativ sənədlərlə bağlı olub. İkinci məsələ silahlı qüvvələrdə mütəxəssis-metroloqların hazırlanması üzrə MDB üzv-dövlətlərinin baza hazırlığı ilə əlaqədar olub.

Bu haqda MDB İcraiyyə Komitəsinin Minskdə yerləşən qərargahının mətbuat xidmətindən məlumat yayıb.

Qazaxıstan və Rusiya Federasiyasının qeyd və təkliflərini nəzərə almaqla ekspertlər birləşmiş HHM sisteminin təkmilləşdirilməsi üzrə normativ sənədlərin yeni redaksiyasını əsasən razılaşdırıblar.

Ekspert qrupunun materiallarını Birlik üzvü olan dövlətlərə və müdafiə nazirləri Şurasının katibliyinə göndərilməsi qərara alınıb. Bu məsələ ilə bağlı ekspertlərin növbəti görüşü iyun ayında keçiriləcək.

İclasda müzakirə olunmuş ikinci məsələ üzrə də layihə razılaşdırılıb. Layihəyə əsasən, silahlı qüvvələrdə mütəxəssis-metroloqların hazırlanması üzrə MDB üzv-dövlətlərinin baza təşkilatı statusu Hərbi hava qüvvələrinin “Professor N.E. Jukovski və Y.A.Qaqarin adına Hərbi Hava akademiyası” tədris-elmi mərkəzinə verilir.

Dövlətdaxili razılaşdırmadan sonra layihə MDB hökumət rəhbərləri Şurasının müzakirəsinə veriləcək.

1news.az

Paylaş:
534

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər