“Gözəllik nuru-2016” adlı sərgi və konsert keçiriləcək-FOTO
Martın 4-dən 8-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru-2016” adlı sərgi və konsert keçiriləcək.
1news.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və “Kukla” Art Qalereyası təşkil etdiyi “Gözəllik nuru” incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub.
Ənənəvi olaraq hər il davamlı surətdə keçirilən bu layihənin növbəti mərhələsi də 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub.
Təqdimatda eyni zamanda konsert də baş tutacaq.
Konsertdə klassik musiqi nümunələri səslənəcək.