Sabirabad və Qusar rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib
Sabirabad və Qusar rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Qusarın 136 abonentlik Əniqoba kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 15 min 176 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sabirabadın 316 abonentlik Muğan Gəncəli kəndinin qazlaşdırılması zamanı 25 min 491 metrlik polietilen və metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.