Bakıda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı keçirilir - FOTO

18:56 - 06 / 03 / 2016
Bakıda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı keçirilir - FOTO

Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) Bakıdakı toplantısı “İnkişaf edən istiqamətlərdə uğurun faktorları” mövzusu üzrə keçirilir.

Toplantıda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra yüksək səviyyəli şəxslər iştirak edir. Toplantı zamanı növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensiyalar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparıldı.

Toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin inkişafı üçün infrastruktur, nəqliyyat və maliyyənin əhəmiyyəti, turizm və qonaqpərvərlik iqtisadiyyatı balanslaşdıran faktor kimi, sosial və ətraf mühit amilləri mövzusunda geniş məruzə ilə çıxış etdi.

Əbülfəs Qarayev əvvəlcə Azərbaycanda turizmin formalaşması haqqında geniş məlumat verdi. Bildirdi ki, ölkəmizdə turizmin formalaması tarixi Sovet dövrünə təsadüf edir: "O dövürdə SSRİ ərazisində Xəzər və Qara dənizləri sahillərində yaradılmış istirahət zonaları ilə məşhur idi. Həmin dövrdə Azərbaycanda da bir sıra turizm müəssisələri yaradılmışdı. Sovet dövləti dağıldıqdan sonra bu sahədə müəyyən durğunluq yaşandı. Həmçinin, Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal edildi, 1 milyondan artıq vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdü. Doğma torpaqlarından qaçqın düşmüş vətəndaşlarımızı yerləşdirmək üçün turizm obyektlərində, sanatoriyalarda da məskunlaşdırdıq. Ermənistanın işğalçılıq siyasəti həm işğal altındakı torpaqlarımzda mövcud olan infrastrukturun itirilməsinə, tarixi mədəniyyət abidələrimizin məhv edilməsinə, bütövlükdə ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərdi".

Nazir daha sonra diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli inkişafa nail olundu. Qeyd etdi ki, bu gün ölkəmizə səfər edən hər bir kəs burada mövcud olan tolerantlıq və yüksək qonaqpərvərliyin şahidi olurlar: "Son dövrlər ölkəmizdə turizm infrastruktrunun yaradılması istiqamətində böyük işlər görülüb. Yeni turizm, istirahət və əyləncə mərkəzləri, hotellər və ölkənin bütün regionlarını birləşdirən geniş yol infrastrukturu yaradılıb. Hal-hazırda ölkəmizdə ən müasir standartlara cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Orta hesabla biz hər il 20-25 yeni otelin açılışını edirik. Bu otellərin böyük əksəriyyəti 4, 5 ulduzlu otellərdir. İndi isə 2, 3 ulduzlu otellərin tikilməsi üçün sahibkarlara öz dəstəyimizi veririk. Bu infrastrukturun yaradılmasında ətraf mühitin və ekologiyanın qorunmasına xüsusi diqqət yetiririk".

Əbülfəs Qarayev daha sonra turizm sahəsinin inkişaf etdirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıqdan danışdı. Vurğuladı ki, beynəlxalq təcrübənin öyrənilib ölkəmizdə tətbiq edilməsi, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Nazir həmçinin qeyd etdi ki, ölkəmiz 2013-cü ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilərək, bu təşkilatla sıx əlaqələr qurub: "Azərbaycan son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Belə tədbirlər də ölkəmizə turistlərin cəlb olunmasına öz müsbət təsirini göstərir. Həmçinin, ölkəmizdə turizm kadrlarının hazırlanması istiqamətində bir sıra ölkələrlə fəal əməkdaşlıq edirik. Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq yüksək səviyyədə davam edir".

Nazir ölkəyə turist axının gücləndirilməsi üçün vizaların verilməsi sahəsində də islahatların aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycana səfər etmək istəyən hər bir xarici vətəndaş elektron qaydada müraciət etməklə ən geci 5 gün müddətində elektron viza əldə edə bilər. Bir sıra ölkə vətəndaşlarının isə birbaşa hava limanında viza əldə etmələrinə icazə verildiyini diqqətə çatdırdı.

Turizmin inkişaf etdirilməsində müasir texnologiyalardan istifadə olunmasının əhəmiyyətini diqqətə çatdıran Əbülfəs Qarayev ölkəmizdə də bu sahədə önəmli addımların atıldığını qeyd etdi. Bildirdi ki, ölkəmizdə "Gomap.az" elektron xəritə xidməti fəaliyyət göstərir: "Bu elektron xidmət vasitəsi ilə hər bir turist ölkəmizdə möcud olan turizm müəssisələri, otellər, tarixi abidələrin ünvanları və bu ünvanlara necə getmək haqqında məlumat ala bilər. Həmçinin taksi ilə gediləcək yola ödəniləcək məbləğ də göstərilir. Bizim yaratdığımız bu elektron xəritə xidmətə Türkiyə və Gürcüstan da qoşulub. Yaxın vaxtlarda İranın da qoşulması nəzərdə tutulub".

Daha sonra Əbülfəs Qarayev forum iştirakçılarını maraqlandıran sualları cavablandırdı. Bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Katibi Taleb Rifai və tədbirin moderatoru, Lüsern Dünya Turizm Forumunun icraçı direktoru Martin Bart və digər forum iştirakçıları Azərbaycanı Şərqlə Qərb mədəniyyətinin qovuşduğu zəngin tarixə və mədəniyyətə malik olan bir ölkə kimi xarakterizə etdilər. Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq, yüksək qonaqpərvərlik və əsrarəngiz təbiət burada turizmin bütün sahələrinin inkişaf etdirilməsinə şərait yaradır. Forum daha sonra müxtəlif mözularda müzakirələrin aparılması ilə davam etdi.

1news.az

Paylaş:
641

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər