Martın 8-nə olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 8-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
1news.az