NATO Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır | 1news.az | Xəbərlər
Siyasət

NATO Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır

15:02 - 07 / 03 / 2016
NATO Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır

NATO və Azərbaycan əməkdaşlığa yeni sahələrdə başlamağı planlaşdırır.

1news.az-ın verdiyi xəbər görə, bu haqda bazar ertəsi Bakıda “NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı NATO-nun Siyasi məsələlər və təhlükəsizlik departamentinin rəhbəri Stefan Elqersma jurnalistlərə bəyan edib. 

“Əməkdaşlıq zamanı elm, enegetik infrastrukturun sabitliyi sahələrinin fəaliyyətini genişləndirərək, eləcə də Azərbaycana Gürcüstanla birgə layihələri də cəlb ediləcək”- deyən Selqersmanın sözlərinə görə, həmçinin birgə layihədə hesabatlılığın artırılması və təhlükəsizlik sahəsində vətəndaş heyətinin iştirakı da nəzərdə tutulub.

“Hazırda 2017-2018-ci illər üçün NATO ilə Azərbaycan arasında əməkdaşlıq üzrə plan hazırlayırıq. Buna görə də, əməkdaşlığın genişləndirilməsi ilə bağlı planlar haqda orta müddətli perspektivdə danışmaq olar”- o, bildirib.

Elqersma qeyd edib ki, bunun üçün də Azərbaycan tərəfinin mövcud marağı ilə bağlı əmin olmaq lazımdır. Bununla belə o, deyib ki, Alyansla əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycanın birmənalı olaraq ümumi marağı var.

Hazırda NATO ilə Azərbaycan arasında əhəmiyyətli məsələlər ərtafında fəal əməkdaşlıq edildiyini deyən departament rəhbəri bunların arasında Baş qərargahın nümayəndəsi silahlı qüvvələrin funksional uyğunluğunu və ya başqa sözlərlə desək, hərb sahəsində birgə çalışmağı  xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu, vahid standartlar, texniki aspektlər və digərlərinə də aiddir.

NATO-nun Azərbaycan ilə əməkdaşlığının əsas platforması kimi 2005-ci ildən fəaliyyət göstərən IPAP proqramı (Fərdi Fəaliyyət Planı) hesab olunur. Lakin üzvlük əldə etmək ölkə üçün əsas prioritet hesab olunmur.

NATO-nun cari ilin iyulunda Varşavada keçiriləcək sammiti haqda danışarkən S.Elqersma qeyd edib ki, görüş zamanı hazırda Alyans qarşısında dayanan bir sıra qarşılıqlı əlaqə və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ayrıca görüş Əfqanıstana həsr olunacaq. Tərəfdaşlarla, eləcə də Azərbaycanla əməkdaşlıq bu müzakirələrin bir hissəsi olacaq. 

“Lakin hazırda sammitin proqramı tam hazırlanmayıb. Buna görə də burada müzakirə ediləcək məsələlər və iştirakçılar haqda danışmaq hələ tezdir. Dəvətnamələr daha sonra göndəriləcək. Lakin indidən ümid edə bilərəm ki, Azərbaycan Varşava Sammitində NATO-nu digər sammitlərdəki kimi təmsil edəcək”, - Elqersma qeyd edib.  

1news.az

 

Paylaş:
588

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər