Mixail Canelidze: “Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Gürcüstanın milli maraqlarına uyğundur” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mixail Canelidze: “Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Gürcüstanın milli maraqlarına uyğundur”

15:48 - 07 / 03 / 2016
Mixail Canelidze: “Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Gürcüstanın milli maraqlarına uyğundur”

“Azərbaycanla Gürcüstan arasında dərin strateji tərəfdaşlıq mövcuddur”.

1news.az APA-ya istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, enerji sahəsində əməkdaşlıq dərin və genişdir: “Biz enerjidən başqa nəqliyyat məsələlərinə də toxunduq. Gürcüstanda olanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti sahəsinə getmişdik. Bu dəhliz çox önəmlidir, Azərbaycan və Gürcüstanın milli maraqlarına uyğundur. Layihə iki ölkə iqtisadiyyatının güclənməsinə və əməkdaşlığa təkan verəcək”.

Nazir qeyd edib ki, görüşdə sərhəd xəttinin delimitasiyası və turizm sahəsində əməkdaşlığa da toxunulub: “Azərbaycan və Gürcüstan bərabər turizm məsələsində iş qura bilər. Delimitasiya ilə bağlı bu yaxınlarda işçi qrupunun görüşü keçiriləcək. Sərhəd xəttinin uzunluğu 480 km-dir, ondan 314 km-i razılaşdırılıb. Belə qərara gəlmişik ki, bu məsələni yerindən tərpədək və qalan hissəni də razılaşdıraq. Gürcüstanlı ekspertləri Azərbaycana səfərə dəvət etmişik. Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlığı daha da genişləndirməyin hüquqi bazasını müzakirə etdik. 11 sənəd barədə danışıqlar gedir. Onlardan 2-si, 3-ü razılaşdırılıb. Bu yaxınlarda Azərbaycanla Gürcüstan arasındakı müştərək komissiyanın görüşü də keçirilməlidir”.

1news.az

Paylaş:
665

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər