Bakıda Azərbaycan, İran və Rusiya sərhəd qoşunları komandanlarının görüşü keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan, İran və Rusiya sərhəd qoşunları komandanlarının görüşü keçiriləcək

16:05 - 07 / 03 / 2016
Bakıda Azərbaycan, İran və Rusiya sərhəd qoşunları komandanlarının görüşü keçiriləcək

Sabah İranın sərhəd qoşunları komandanı, general Qasim Rzayi Azərbaycan səfər edəcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu haqda İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin dəvəti ilə reallaşacaq və 3 gün davam edəcək. Səfirlikdən bildiriblər ki, Q.Rzayi Bakıda ikitrərəfli görüşlər keçirəcək və Azərbaycan, Rusiya, İran sərhəd qoşunları komandanlarının üçtərəfli görüşünə qatılacaq.

Görüşlərdə sərhəd təhlükəsizliyi, narkotik qaçaqmalçılığına qarşı müştərək mübarizə, sərhədlərin qorunması və sair məsələlər müzakirə olunacaq.

1news.az

Paylaş:
882

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər