Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

16:19 - 07 / 03 / 2016
Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb.

1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, qurumun Apellyasiya Şurasının ilk iclası keçirilib, kollegial orqanın fəaliyyət istiqamətləri və təşkilatı məsələlər müzakirə edilib.

Tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxil olan Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən təkrar şikayətlərə baxan kollegial orqandır.

Səhiyyə Nazirliyində Şuranın yaradılması şikayətlərə baxılma sahəsində şəffaflığın və obyektivliyin, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək.

1news.az

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər