Azərbaycan-Gürcüstan əməkdaşlığı regionun və Avropanın mənafeyi baxımından çox əhəmiyyətlidir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Gürcüstan əməkdaşlığı regionun və Avropanın mənafeyi baxımından çox əhəmiyyətlidir

16:53 - 07 / 03 / 2016
Azərbaycan-Gürcüstan əməkdaşlığı regionun və Avropanın mənafeyi baxımından çox əhəmiyyətlidir

Martın 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

1news.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə yüksək səviyyədə olduğu bildirilərək, mehriban qonşuluq şəraitində yaşayan xalqlarımızın mənafeyi naminə bu əlaqələrin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Azərbycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının işinin daha intensiv davam etdirlməsinin zəruriliyini, ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə irimiqyaslı beynəlxalq layihələrdə birgə fəaliyyətinin əhəmiyyətini qeyd edən tərəflər, bu əməkdaşlığın təkcə regionun inkişafı və tərəqqisi naminə deyil, eləcə də bütün Avropanın mənafeyi baxımından tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Görüşdə, həmçinin beynəlxalq və regional problemlər kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də tezliklə mövcud hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin zəruri olduğu bildirilib.

Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verən qonaq məmnunluqla xatırlatdı ki, qədirbilən Gürcü xalqı ən çətin məqamlarda Azərbaycanın göstərdiyi mehriban qonşuluq və dostluq yardımlarını heç zaman unutmayacaq.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
1474

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər