Bakının mərkəzi yollarından birində sürət həddi dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzi yollarından birində sürət həddi dəyişib

17:38 - 07 / 03 / 2016
Bakının mərkəzi yollarından birində sürət həddi dəyişib

Heydər Əliyev prospektindəki ikinci dərəcəli yolda (“Koroğlu” metrostansiyası istiqamətində”) sürət həddi dəyişib.

1news.az-a nəqliyyatın intellektual idarəetmə mərkəzindən verilən məlumata görə “Şəfa” stadionundan başlayaraq birinci zolaqda sürət həddi 80 km saatdan 60 km saata endirilib.

Bu tədbir  prospektin əsas yolundan, “Şəfa” stadionundan sonra ikinci dərəcəli yola daxil olan sürücülərin təhlükəsizliyini daha yaxşı təmin etmək üçün nəzərdə tutulub.

1news.az

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər