Qətərin Əmiri Azərbaycana rəsmi səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Qətərin Əmiri Azərbaycana rəsmi səfərə gəlib

21:29 - 07 / 03 / 2016
Qətərin Əmiri Azərbaycana rəsmi səfərə gəlib

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qətərin Əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əmir Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

1news.az

Paylaş:
782

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər