Türkiyənin hərbi hava qüvvələri ilə ortaq hərbi təlimlərə start verildi

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin ortaq hərbi təlimləri başlayıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına məlumat yerləşdirilib.
Məlumata əsasən, təlimlər Türkiyənin Konya vilayətində keçirilir.
"TURAZ Şahini-2016 " adı altında keçirilən təlimlərdə iştirak edəcək Azərbaycan hərbi hava qüvvələrinin heyəti Konya vilayətinə gəlib.
Ortaq hərbi təlimlər martın 25-ə kimi davam edəcək.
Qeyd edək ki, keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı - 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.
1news.az
764