Rövnəq Abdullayev: “SOCAR neft hasilatının dondurulmasını dəstəkləyir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev: “SOCAR neft hasilatının dondurulmasını dəstəkləyir”

11:19 - 07 / 03 / 2016
Rövnəq Abdullayev: “SOCAR neft hasilatının dondurulmasını dəstəkləyir”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yanvar ayı səviyyəsində hasilatın dondurulması təklifini dəstəkləyir.

1news.az xəbər verir ki, bunu ANS telekanalına müsahibəsində şirkətin rəhbəri Rövnəq Abdullayev bildirib.

“Açıq söyləyim ki, biz artıq bu mövqeyə qoşuluruq. 2016-cı ildə biz neft hasilatını dondurmaq, yəni eyni seviyyədə saxlamaq fikrindəyik ve artım layihələrini artıq saxlamışıq. Azərbaycanda neft hasilatı keçən ilki səviyyədən yuxarı olmayacaq” - deyə, R.Abdullayev qeyd edib.

Qeyd edək ki, OPEK-ə  üzv ölkələrin digər neft hasil edən dövlətlərlə növbəti görüşünün  bu il martın  20-dən aprelin 1-nə qədər Moskvada keçirilməsi gözlənilir.  Bu haqda Rusiyanın  energetika naziri Aleksandr Novak bildirib. Rusiya bu görüşə Azərbaycanı və Qazaxıstanı da dəvət edib. Novak hər iki ölkəni OPEK-in hasilatı dondurmağa dair  təklifinə qoşulmağa  çağırıb. 

1news.az

 

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər