Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

11:35 - 07 / 03 / 2016
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumata görə, martın 7-dən 18-dək Qeilenkirxen şəhərində (Almaniya Federativ Respublikası) milli koordinatorlar üçün atıcı silah, sursatlar sahəsində fiziki təhlükəsizlik və ehtiyatların idarə edilməsi və Ankara şəhərində (Türkiyə) şəxsi heyətin idarə olunması üzrə təcrübə mübadiləsi kursları keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

1news.az

 

Paylaş:
641

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər