Qubada 33 santimetr qalınlığında qar yağıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada 33 santimetr qalınlığında qar yağıb

12:49 - 07 / 03 / 2016
Qubada 33 santimetr qalınlığında qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi martın 7-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Qubanın dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0,5-2, Lənkəran-Astara zonasında 1-7, Böyük Qafqazda 3-24, Oğuzda 41, Mərkəzi-Aran rayonlarında 2-14, Göyçayda 27, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 3-11, Kiçik Qafqazda 1-6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 33, Qırızda 27, Ləzədə 15, Rükdə 10 sm olub.

1news.az

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər