IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçirilir - FOTO

13:20 - 08 / 03 / 2016
IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçirilir - FOTO

Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının (InterAction Council) illik plenar iclası öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, açılış mərasimində Kanadanın sabiq baş naziri Jan Çretyen, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nın həmsədri İsmayil Serageldin, Latviyanın sabiq prezidenti, NGBM-nin həmsədri Vayre Vike-Freyberqa, İrlandiyanın sabiq baş naziri Berti Ahern, Nigeriyanın sabiq prezidenti Olusegun Obasonjo və Yeni Zellandiyanın baş naziri Ceyms Bolqer çıxış ediblər.

Açılış mərasimini giriş sözü ilə açan Jan Çretyen Qarşılıqlı Fəaliyyət Şurasının yaranma tarixi və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, bildirib ki, Qarşılıqlı Fəaliyyət Şurası və bu kimi digər qurumların əsas fəaliyyəti qlobal problemlərin həll olunmasına, xüsusilə də dünyada sülhün sabitliyin bərqərar olmasına xidmət etməkdir. O həmçinin, iclasa ev sahibiliyi edən Azərbaycanla bağlı öz fikirlərini bölüşüb: “Azərbaycan Avropa ilə Asiya arasında mədəniyyətlərin qovşağında yerləşir. Düşünürəm ki, qonaqlar bu ölkədə mədəni zənginliyin şahidi olacaqlar”.

İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmayil Serageldin də öz növbəsində dünyanın müxtəlif ölkələrinin liderlərinin terrorizm, qaçqın böhranı kimi qlobal məsələlərin birgə müzakirəsi üçün Bakıya toplaşdıqlarını vurğulayıb.  O həmçinin bildirib ki, daha yaxşı gələcək üçün dünyanın söz sahiblərinin aclıq, bərabərsizlik, işsizlik kimi qlobal problemləri həllini təmin etməlidirlər.: “Dünyanı yaxşılığa dəyişdirmək bizim əlimizdədir və biz bunu birlikdə edə bilərik.” – deyə, İsmayıl Serageldin bildirib

Latviyanın sabiq prezidenti, NGBM-nin həmsədri Vayre Vike-Frayberqa öz çıxışında Azərbaycanın dahi şairi Nizami Gəncəvi irsi haqqında danışıb. Dahi şairin yaradıcılığında yer alan yüksək humanizm ideyalarının Qərb və Şərq ədəbiyyatına  xüsusi təsiri olduğunu qeyd edib.

İrlandiyanın sabiq baş naziri Berti Ahern isə  33 il bundan əvvəl yaranan Şuranın bu illər ərzində bəşəriyyətin üzləşdiyi problemlərin həlli yollarının araşdırılmasına töhfələr verdiyini bildirib. “Biz dəfələrlə dünyanın bir çox ölkələrindən  olan alimlərlə bir araya gələrək insanlığın üzləşdiyi problemlərin aradan qaldırılması üçün toplaşmışıq. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Nigeriyanın sabiq prezidenti Olesegun Obasanjo Afrikada mövcud olan problemlərə toxunaraq ilk növbədə qida çatışmazlığı, su problemlemi kimi digər mühüm məsələləri  diqqətə çatdırıb. Sabiq Prezidnet həmçinin bildirib:” Bir milyarda yaxın insan su çatışmazlılığı səbəbindən dünyasını dəyişir. Lakin elmin inkişafı ilə biz müasir dövrdə yeni texniki innovasiyaların əldə edilməsinə nail ola bilmişik. 2016-cı ildə də bu sahə üzərində işləmək önəmlidir. O deyib: “Planetimizin gələcək potensialının daha da zənginləşdirilməsi üçün dünya iqtisadiyyatında təhlükəsizliyin gücləndirilməsinə çalışmalıyıq. Qloballaşdırılma iqtisadi gücün əsasıdır. Dünya Bankı, Beynəlxalq Maliyyə Fondu Afrikanın inkişafı üçün yardım göstərirlər. Düşünürəm ki biz Afrikada olan mövcud potensialdan tam istifadə edə bilmirik. İnsan alveri hələdə bizim üzləşdiyimiz əsas bəladır”.

Yeni Zelandiyanın keçmiş baş naziri  Ceyms Bolger bildirib ki, miqrasiya, işsizlik cəmiyyətimizin üzləşdiyi əsas problemlərdir. O həmçinin təhsilin yüksək səviyyədə olmasının müasir dövrdə bir çox problemlərin həllində mühüm rol oynadığını qeyd edib. “Siyasi güc iqtisadi güclə bir-birilərini daima izləyir. Qarşılıqlı fəaliyyət şurası həqiqətən də bu problemlərin həllinə yardım edə bilər. Düşünürəm ki, təhsil hər bir ölkədə bu cür problemlərin aradan qaldırılmasına çox önəmlidir. Dünya elmi təbliğ etməlidir”. Sonda isə tədbirin təşkilinə görə minnətdarlığını bildirən keçmiş Baş nazir qeyd edib ki, Xəzər dənizinin sahilində yerləşən Bakı  gözəlliyi ilə bizi heyran edir.

Çıxışlardan sonra tədbir gənc liderlərin iştirakı ilə “Gələcək Forum: Sabahın liderlərini ilhamlandıraq” mövzusunda müzakirələrlə davam etdirilib.

1news.az

 

Paylaş:
797

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər