V.Yuşşenko: “Qlobal Bakı Forumu dünyada sülh və sabitliyə töhfə verir” | 1news.az | Xəbərlər
Siyasət

V.Yuşşenko: “Qlobal Bakı Forumu dünyada sülh və sabitliyə töhfə verir”

14:19 - 08 / 03 / 2016
V.Yuşşenko: “Qlobal Bakı Forumu dünyada sülh və sabitliyə töhfə verir”

“Dördüncü Qlobal Bakı Forumu dünyada sülhün və sabitliyin təmin olunmasına öz töhfələrini verir. Azərbaycan regionun lideridir. Ölkənizin ciddi imkanları, güclü potensialı var. Bu əlverişli şərait belə mötəbər tədbirlərin keçirilməsi üçün imkanlar yaradır”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri dördüncü Qlobal Bakı Forumu çərçivəsində martın 8-də Bakıda keçirilən Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü plenar iclasında iştirak edən Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko jurnalistlərə müsahibəsində səsləndirib.

V.Yuşşenko forumda müzakirə olunan məsələlərin qlobal dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcəyinə əminliyini vurğulayıb. Azərbaycanın siyasətindəki tarazlığın regionda uzunmüddətli sülhün və siyasi sabitliyin perspektivinə kömək göstərdiyini diqqətə çatdıran keçmiş Prezident ölkəmizin dünyada güclənən səsini əhəmiyyətli hesab edərək deyib:

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin layihələri dialoq üçün çox vacibdir. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına nail olmasını böyük uğur hesab edirəm”.

Sabiq prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolundan bəhs edərək bildirib ki, qurum çərçivəsində Avropanın müxtəlif guşələrində ən aktual məsələlərə dair müzakirələr keçirilir.

“Mərkəzin işi və layihəsi mənim üçün qiymətlidir. Müzakirələr sayəsində biz formal yaxınlaşma prosesini keçirik və bunun yaxşı nəticəsi olur. Prezidentlər, keçmiş Baş nazirlər, dövlət başçıları qarşılıqlı anlaşma nümayiş etdirirlər”, - deyə V.Yuşşenko qeyd edib.

1news.az

Paylaş:
794

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər