Bir qrup məhkum qadına yeni şəxsiyyət vəsiqələri verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir qrup məhkum qadına yeni şəxsiyyət vəsiqələri verilib

15:21 - 08 / 03 / 2016
Bir qrup məhkum qadına yeni şəxsiyyət vəsiqələri verilib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində bir qrup məhkum qadına yeni şəxsiyyət vəsiqələri verilib.

1news.az-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, yeni sənədlər 16 yaşı tamam olan, şəxsiyyət vəsiqəsini itirən və müəyyən olunmuş yaş həddinə çatan 24 qadın məhkuma təqdim edilib.

Bayram münasibətilə məhkumları təbrik edən Penitensiar Xidmət rəhbərliyi onlara şəxsiyyət vəsiqəsinin verilməsinin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Tədbir cəzaçəkmə müəssisəsinin özfəaliyyət kollektivinin konsert proqramı ilə davam edib.

1news.az

 

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər