Rejissor Fikrət Əliyev dəfn olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Rejissor Fikrət Əliyev dəfn olunub

16:02 - 08 / 03 / 2016
Rejissor Fikrət Əliyev dəfn olunub

Tanınmış rejissor Fikrət Əliyev dəfn olunub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rejissor Əmircan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi və kollektivi, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Qeyd edək ki, F. Əliyev martın 8-də dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayan F.Əliyev “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq” kimi filmlərin müəllifidir.

1news.az

 

Paylaş:
779

Son xəbərlər

Bütün xəbərlər