Qətər əmirinin rəsmi qarşılanma mərasimi və geniş tərkibdə görüş olub
Azərbaycanda rəsmi səfərdə olan Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tanini qarşılayıb.
Sonra Qətər Dövlətinin və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri əmir əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.
President.az