Martın 10-na olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Martın 10-na olan hava proqnozu açıqlanıb

13:39 - 09 / 03 / 2016
Martın 10-na olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 10-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal küləyi küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

1news.az

 

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər