Prezident İlham Əliyev Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçi qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçi qəbul edib

13:42 - 09 / 03 / 2016
Prezident İlham Əliyev Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçi qəbul edib

Prezidenti İlham Əliyev martın 9-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun önəmi vurğulanıb.

Forumun gündəliyinin geniş sahələri, o cümlədən energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, qaçqınlar, dinlərarası əməkdaşlıq və digər sahələri əhatə etməsinin aktual məsələlərin geniş müzakirəsi baxımından yaxşı imkan yaratdığı və tədbirin artıq mühüm beynəlxalq Foruma çevrildiyi qeyd edilib.

1news.az

 

Paylaş:
762

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər