Mübariz Əhmədoğlu: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin bir qismi üzərindən nəzarətini itirdi” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin bir qismi üzərindən nəzarətini itirdi”

15:29 - 09 / 03 / 2016
Mübariz Əhmədoğlu: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin bir qismi üzərindən nəzarətini itirdi”

“Azərbaycan Prezidentinin İrana səfəri zamanı “Xudafərin” hidroqovşağının birgə istismarı ilə bağlı müqavilə imzalandı. Bu müqavilənin hazırlanması dövründə İran tərəfi həmin ərazidəki erməni hərbi birləşmələrinin oradan uzaqlaşmağa vadar etmişdi. Bu gün erməni hərbçiləri həmin ərazilərə heç bir  şərtlə qayıda bilməzlər”.

Bu sözləri 1news.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

M.Əhmədoğlu qeyd edib ki,İran faktiki olaraq təkbaşına Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin bünövrəsini qoydu:

“Bu, həm də İranın regionda nüfuzunu artırmaq uğrunda mübarizənin yeni mərhələsinin başlanğıcı idi”.

Politoloq Ermənistanın işğal etdiyi ərazilərinin bir qismi üzərində nəzarətini itirməsi barədə Azərbaycan mətbuatında yayımlanan xəbərlərə də aydınlıq gətirib:

“Ermənistan işğal etdiyi ərazilərin bir qismi üzərində nəzarətini itirməsi barədə məlumatın Azərbaycan mətbuatında yayımlanması Rusiyada fəallıq yaratdı. RF baş nazirinin müavini D.Roqozin sanballı nümayəndə heyəti ilə Azərbaycana səfər etdi. Azərbaycanla Rusiya arasında hərbi-texniki və digər sahələrdə əməkdaşlığın artan xətlə bundan sonra da inkişafına dair təminat aldı.

Rusiyanınxarici işlər nazirinin müavini Qriqori Karasin Tehrana və cəmi iki gün fasilə ilə Bakıya səfər etdi. Q.Karasin MDB məkanındakı münaqişələrin kuratorudur. Tehrandan qayıtdıqdan sonra o, bildirdi ki, Rusiya, İran, Azərbaycan xarici işlər nazirlərinin görüşünü müzakirə etməyib. Əsasən regional problemlər müzakirə edilib. Bakıya səfərdən sonra Q.Karasin Dağlıq Qarabağ məsələsinin xüsusi müzakirə olunduğunu bildirdi”.

M.Əhmədoğlusözlərinə əlavə etdi ki, bunun ardınca Ermənistan prezidenti S.Sərkisyanın Rusiya prezidenti V.Putinlə Moskvada martın 10-da sərgi açılışında birgə iştirak edəcəkləri barədə məlumat yayıldı:

“Başqa sözlə, S.Sərkisyan Moskvaya çağırılıb. Bu istiqamətdə proseslər isə davam edir”.

Daha sonra politoloq prezident Həsən Ruhaninin İranın region dövlətlərin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdiyini bildirdi.

“Prezident Həsən Ruhani İranın region dövlətlərinin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdi. Bunun ardınca İran tərəfi İran sərhəd qoşunları komandanı Qasım Rzayinin Azərbaycana 3 günlük (8-10 mart) səfərə gəlməsi və İran, Rusiya, Azərbaycan sərhədçilərinin rəhbərlərinin Bakıda görüşəcəyi ilə bağlı məlumat yaydı”.

Son olaraq M.Əhmədoğlu sözlərinə əlavə etdi ki, hər halda Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimlənmə mexanizminin işə düşdüyündən danışmaq mümkündür.

1news.az

Paylaş:
4404

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər