Azərbaycana gələn əcnəbilərdən 6 milyon manatdan çox cərimə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana gələn əcnəbilərdən 6 milyon manatdan çox cərimə tutulub

15:59 - 09 / 03 / 2016
Azərbaycana gələn əcnəbilərdən 6 milyon manatdan çox cərimə tutulub

Azərbaycana ötən il ərzində gələn əcnəbilərdən 6 203 360 manat cərimə tətbiq olunub.

1news.az xəbər verir ki, Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında bildirildiyinə görə, bu cərimələr qanun pozuntularına yol vermiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərə tətbiq olunub.

Qeyd edək ki, hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.

1news.az

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər