Abşeronda ağır qəza: sürücü və sərnişini öldülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda ağır qəza: sürücü və sərnişini öldülər

18:04 - 09 / 03 / 2016
Abşeronda ağır qəza: sürücü və sərnişini öldülər

Abşeron rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 16:00 radələrində sözügedən rayonun Pirəkəşkül qəsəbəsində qeydə alınıb.

Belə ki, Qobustan şəhər sakini Mehman Musayevin idarə etdiyi “VAZ-21061” və Ağsu rayon sakini Mais Şıxəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə M.Musayev və sərnişini - həmyerlisi Elnur İbrahimov hadisə yerində ölüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər