Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya ləğv edilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya ləğv edilib

19:17 - 09 / 03 / 2016
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya ləğv edilib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan prezidentinin sərəncamları ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 fevral tarixli 1306 nömrəli Sərəncamının ləğv edilməsi barədə  və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında 24 may 2013-cü il tarixli sərəncamları da ləğv edilib.

Qeyd edək ki, Komissiyanın sonuncu tərkibi Azərbaycan prezidenti İlham Əliyevin 24 may 2013-cü il tarixli sərəncamı ilə təsdiqlənib. Həmin sərəncama əsasən, Komissiyanın  sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev,  Komissiyanın üzvləri isə Baş nazirin müavini Elçin Əfəndiyev, AMEA prezidenti Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev,  maliyyə naziri Samir Şərifov,  gənclər və idman naziri Azad Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə olub.

1news.az

Paylaş:
908

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər