Bakı-Böyük Kəsik dəmir yolunda 10,5 km yolun əsaslı təmirinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Böyük Kəsik dəmir yolunda 10,5 km yolun əsaslı təmirinə başlanılıb

09:29 - 09 / 03 / 2016
Bakı-Böyük Kəsik dəmir yolunda 10,5 km yolun əsaslı təmirinə başlanılıb

Bu gün Bakı-Böyük Kəsik istiqamətində Atbulaq-Nəvai mənzilində 10,5 km yolun əsaslı təmirinə başlanılıb.

1news.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri bir həftə  davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 68  km dəmir yolu əsaslı təmir olunub.

1news.az

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər