Bakıda kişi üstünə benzin tökərək özünü yandırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kişi üstünə benzin tökərək özünü yandırıb

10:48 - 09 / 03 / 2016
Bakıda kişi üstünə benzin tökərək özünü yandırıb

Bu gün səhər saatlarında Bakının mərkəzində intihara cəhd olub.

1news.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.

Yaxınlıqdakı insanların köməkliyi ilə o, xəstəxanaya yerləşdirilib.

Özünü yandıran şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

1news.az

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər