İsveçdə yaşayan azərbaycanlı qadını ölümdən xilas edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçdə yaşayan azərbaycanlı qadını ölümdən xilas edib – FOTO

15:33 - 10 / 03 / 2016
İsveçdə yaşayan azərbaycanlı qadını ölümdən xilas edib – FOTO

İsveçin paytaxtı Stokholmda yaşayan azərbaycanlı Rüfət Mirzəyev silahlı hücuma məruz qalan qadını xilas edib.

1news.az-ın verdiyi xəbərə görə, azərbaycanlının bu cəsarətli hərəkəti İşveç mətbuatında, xüsusən də “Stockholm Direkt” nəşriyyatında dərc edilib:

“Bu hadisə Rüfət Mirzəyevin şəxsi avtomobildən çıxan zaman baş verib. belə ki, cani avtobus dayanacağında dayanmış qadına tapanca ilə təhdid edərək: “Səni öldürəcəyəm!” – deyə qışqırır. Silahsız Rüfət əvvəlcə polis çağırır, daha sonra isə silahlı cinayətkara yaxınlaşaraq onun sakitləşməsini xahiş edir və bildirir ki, o, silahla insanları hədələməməlidir. Cinayətkar qadından əl çəkərək qaçmaq istəyən zaman Rüfət onun arxasınca gedir”.  

“O, soruşanda ki, arxamca nə üçün gəlirsən. Mən cavab verdim ki, polislər artıq gəlir və silahı təhvil ver. Bu zaman cinayətkar tapancanı mənə tərəf tuşladı, mən isə bir hərəkətlə silahı onun əlindən yerə saldım. Bundan sonra cinayətkar qaçmağa başladı. Mən tapancanı əl izim qalmadan götürdüm və polis operatoru ilə əlaqə saxladım. Oradan mənə bildirdilər ki, cinayətkarı izləyim. Mən onun ardınca qaçdım və silahı metronun girişində qoydum. Bildim ki, o qatara minsə qaçacaq, ona görə də onu izlədim”, - R.Mirzəyev nəşrə bildirib.

Bundan sonra həmvətənlimiz cinayətkarın harada olduğunu bildirib və polis canini saxlayıb. Sən demə cinayətkarda pnevmatik tapanca olub.

“Polis məndən bu cür riskli hərəkəti necə etdiyimi soruşanda, cavab verdim ki, mən silahla hədələnərək qorxan insanlara kömək etmək istədim. Mən dərhal insanlara yardım etməli idim”, - Rüfət İsveç mətbuatına bildirib.

1news.az İsveçdə yaşayan Rüfət Mirzəyevlə əlaqə saxlaya bilib. O da bizə bunları dedi: “Mən əməkdar məşqçi, Azərbaycan Ciu-citsu Federasiyasının rəhbəri Mir Əli Seyidovun tələbəsiyəm. Stokholmda cinayətkarın qadını silahla hədələməsini görəndə DİN-də çalışdığım zamanlar Mir Əli Seyidovun mənə öyrətdiyi hərəkətlə onun silahını yerə saldım”.

Qeyd edək ki, azərbaycanlının cəsarətli addımı İsvec polisi tərəfindən yüksək qarşılanıb. Xüsusən də, Stokholm polis nümayəndəsi Lars Bistrom bəyan edib ki, bu, yaxşı hərəkətdir ki, insanlar cinayətkarı dayandırmağa çalışırlar.

“Bu insan öz imkanlarını sağlam qiymətləndirib və hər şey təhlükəsiz bitib. Əgər cinayətin qurbanına yardım etmək imkanına maliksinizsə, lazımı səviyyədə güc tətbiq edə bilərsiniz”, - L.Bistrom qeyd edib ki, hər zaman polisə müraciət etmək lazımdır.

1news.az

Paylaş:
4288

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər