“Həzi Aslanov”da eskalator təmirə dayandırılır
“Həzi Aslanov” stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq.
1 saylı eskalatorun 7 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Digər eskalator isə işlək olacaq.
“Bakı Metropoliteni” QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.
1news.az
649