İtaliyanın sabiq XİN rəhbəri TAP boru kəmərinin həyata keçirilməsinin vacibliyini qeyd edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

İtaliyanın sabiq XİN rəhbəri TAP boru kəmərinin həyata keçirilməsinin vacibliyini qeyd edib

16:27 - 10 / 03 / 2016
İtaliyanın sabiq XİN rəhbəri TAP boru kəmərinin həyata keçirilməsinin vacibliyini qeyd edib

“Trans-Adriatik (TAP) boru kəməri layihəsinin həyata keçirilməsi əhəmiyyətlidir”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda jurnalistlərə İtaliyanın sabiq XİN rəhbəri Franko Fratini Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində bildirib. 

O, İtaliyanın boru kəmərinin tikilişi üçün bütün öhdəlikləri həyata keçirəcəyinin əminliyini bildirib.

Onun sözlərinə görə, layihə Türkiyə vasitəsilə Azərbaycanı Albaniya, Yunanıstan və İtaliya ilə birləşdirəcək:

“Bu layihənin həyata keçirilməsi Azərbaycanın enerji sahəsində vacib rol oynadığını əyani olaraq göstərir”.

Həmçinin o, layihənin tezliklə həyata keçirilməsini də bildirib.

Trans-Adriatik qaz kəməri – Xəzər dənizi hövzəsindən Şərqi Avropaya təbii qaz tədarükünün həyata keçirilməsi üçün boru kəməri layihəsidir. 

TAP layhəsini İsveçrənin “Trans Adriatic Pipeline AG” şirkəti həyata keçirir. Bu şirkətinin səhmdarları bunlardır: BP (20%), SOCAR (20%), İtaliyanın “Snam” (20%), Belçikanın “Fluxys” (19%), İspaniyanın “Enagas” (16%) və İsveçrənin “Axpo” (5%).

Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İnterAaction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İki gün davam edəcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.

1news.az

Paylaş:
891

Son xəbərlər

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11
Bütün xəbərlər