Latviyanın sabiq prezidenti: “Dünyada münaqişələr və işğal olunmuş ərazilərin sayı artır”
“Dünyada münaqişələr və işğal olunmuş ərazilərin sayı artır”
1news.az-ın verdiyi xəbərə görə, bu haqda jurnalistlərə Latviyanın eks-prezident Valdis Zatlers Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində bildirib.
“Bütün bu illər ərzində biz, dondurulmuş münaqişəəlri həll etmək istəmişik ki, bu vəziyyətdən çıxış yolu tapılsın”, - o, bildirib.
Onun sözlərinə, Azərbaycan və Gürcüstanın əraziləri işğal olunub.
“Hazırda Ukrayna da torpaqlarının işğal olunmasından danışır. Dünyada heç nə qaydasında deyil”, - o, bildirib.
Valdis Zatlers bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını görmək istədiyir.
“Heç vaxt təslim olmayın, ədalət gec-tez bərqərar olacaq”, - V.Zatlersbildirib.
Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İnterAaction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İki gün davam edəcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.
1news.az