Hazırda Rusiya və Azərbaycan arasında yüksək güvən şəraiti mövcuddur | 1news.az | Xəbərlər
Siyasət

Hazırda Rusiya və Azərbaycan arasında yüksək güvən şəraiti mövcuddur

17:23 - 10 / 03 / 2016
Hazırda Rusiya və Azərbaycan arasında yüksək güvən şəraiti mövcuddur

Bu haqda RF-nin keçmiş baş naziri Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Viktor Zubkov AR Diasporalarla İş Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkil etdiyi IV Bakı Qlobal Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hər iki dövlətin prezidentləri V.Putin və İ.Əliyevin fərdi əlaqələri və rəsmi səviyyədə olan digər səfərlərin mühüm rolu var.

Neftin qiymətindən danışarkən V.Zubkov bu il qiymətin qalxacağına ümid edir.

“Proqnoz vermək xeyirxah iş deyil, lakin indi neft qiyməti 1 barelə görə 40 dollara qalxıb. Sabah nə olacağını demək çətindir. Bir çox ekspertlər deyir ki, qiymətlər bu il ərzində  50-60 dollar ola bilər”,- o, deyib.

RF-nin keçmiş baş naziri Dağlıq qarabağ münaqişəsinin nizamlanması məsələsinə cavab verərkən qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə 3 tərəfli danışıqlara razılaşmaq lazımdır.

O, həmçinin qeyd edib ki, RF və Türkiyə arasındakı gərginlik Cənubi Qafqaza təsir etməyib.

Xatırladaq ki, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə baş tutan forum Qarşılıqlı Əlaqə Şurası, Madrik Klubu, İskəndəriyyə kitabxanası, Beynəlxalq Elm və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

IV Bakı Qlobal Forumunda dünyanın 53 ölkəsindən 300-dən çox nümayəndə iştirak edir. 2 gün davam edəcək forumda münaqişələrin həllində dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə olunacaq. Bundan əlavə günün mövzularına energeti perspektivləri, qlobal idarəetmə ilə bağlı məslələr da daxildir.

1news.az

Paylaş:
698

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər