IV Qlobal Forum: Bakı dünyaya çağırış edəcək
Bakıda cümə axşamı günü “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işə başlayıb.
Forumun açılışında 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Eləcə də Forumda Albaniya, Manteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri ilə bərabər, 27 sabiq prezident və 23 sabiq baş nazir də iştirak edir.
İki gün davam edəcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.
“Bu tədbir cari ildə yadda qalacaq ən vacib və parlaq hadisə olacaq. Belə ki, mötəbər tərkibdə olan Forum iştirakçıları dünya elitasınını diqqətini bəşəriyyətin taleyi ilə bağlı problemlərin həllinə yönəldəcək”, – bu sözləri 1news.az-a Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi, azərbaycanlı politoloq Tofiq Abbasov bildirib.
“İştirakçıların dinlərarası dialoqa təkan vermək niyyətinin ciddiliyi təəccübləndirir. Həqiqi multukulturalizmi inkişaf etdirib, inteqrasiyanı təxirəsalınmaz fəallığa çevirərək, bununla da qlobal təhülükəsizliyin təminatı üçün lazımi şəraitlərin yaranmasına imkan verəcək”, - o, sözlərinə əlavə etdi.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İnterAaction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
“İlk dəfə Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətə səslənərək həyat fəaliyyəti istiqamətində ətalətin aradan qaldırılması üçün bir təşəbbüs göstərib ki, bu da təyininə görə diqqətdən kənarda qala bilməz”, - T.Abbasov bildirib.
“Azərbaycan son illər ərzində bacarıqlı subyekt olaraq bütün imkanlarla dialoq sahəsini genişləndirib, quruculuq işlərinə yenilik və yaradıcılıq verərək xaosun genişlənməməsində cəmiyyətin həyat üçün vacib əlaqəsini təklif etdi”, - o, bildirdi.
Politoloqun sözlərinə görə, Bakıda növbəti mötəbər Forum başlanmış fəaliyyətlərin razılaşmasına, müxtəlif xalqların müsbət enerji birliklərinə kömək edə bilər.
Mövzu ilə əlaqədar oxuyun:
IV Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edəcək
T.Abbasov qeyd edir ki, IV Qlobal Bakı Forumu çətin bir zamanda keçirilir: dünya qarşısına beynəlxalq terrorizm, səngimək bilməyən müharibə və münaqişələr dayanır.
“Dünya elitasının diskussiya meydanını təmsil edərək dialoq formatını genişləndirən Azərbaycan universal xarakterdə alqoritmlər təklif edərək çətin problemlərin həlli məsələsində kreativlik nümayiş etdirir”, - T.Abbasov dedi.
“Böhran tendensiyalarının artırılması şəraitində etniklərarası və dinlərarası qarşıdurma sabitlik və anlaşmanı təhdid edən bir zamanda bacarıqlı qüvvələrin hərəkətsiz qalmağa mənəvi haqqı yoxdur”, - politoloq bildirərək, Azərbaycan Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” adlandırımağını da qeyd etdi.
Onun sözlərinə görə, bununla da Azərbaycan liderinin “dünyaya Azərbaycanda müasir şəraitlə təmin olunmuş mehriban niyyət və görüntüləri ismarış olaraq göndərərək, ölkəmizdəki tolerantlıq modelinə nəzər yetirməyi təklif edir”.
Poliqoloq qeyd edib ki, hazırda Azərbaycan müxtəlif millətlərdən, irq və dinlərdən olan insanların yaşaması ilə bağlı müsbət təcrübəni dünyaya təqdim etməyi qarşısına məqsəd qoyub.
“Şübhə etməyə dəyməz ki, “Çoxqütblü dünya istiqamətində” devizi altında açıq cəmiyyətlərin IV Qlobal Forumu mütləq xeyirxah məqsədlərin həyata keçirilməsinə nail olacaq.
“IV Bakı Qlobal Forumunun mövzusu “Çoxqütblü dünya istiqamətində”.Bu mövzuda müzakirələr həm elmi, həm, praktiki, həm də siyasi mənada olduqca vacibdir. Belə ki, “çöxqütblü dünya” anlayışına müxtəlif məzmunlar daxildir.
Burada 20-ci əsrin sonu 21-ci əsrin əvvəlindəki reallığın, yəni ABŞ və Sovet İttifaqını ifadə edən bipolyar dünyanın dəyişməsi, ardıyca Çinin , indi isə Hindistanın misilsiz yüksəlişi, həmçinin Cənub Şərqi Asiya ölkələrindəki və Latın Amerikasındakı davamlı inkişaf, çoxmilyonlu müsəlman dünyasında artan subyektlilik nəzərdə tutulur.
Aydındır ki, “Çoxqütblülüyün” obyektiv əsasını məhz bu təşkil edir. Burada bəzi dairələrin “çöxqütblü dünya” bəhanəsi altında birləşərək amerika hegemoniyasına qarşı koalisiya yaratmaq arzusu nəzərdə tutulmur”,-politoloq, millət vəkili Rasim Musabəyov əminlik ifadə edib.
Sayca üçüncü olan ötəndəfəki Qlobal Forum keçən ilin aprelində keçirilib. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan Forumda 350-dən çox nümayəndə iştirak edib.
İkinci forum isə 2014-cü ilin aprelində keçirilib. Forum dünya çağırışına həsr olunmuşdu. İlk forum isə qadın hüquqlarına həsr olunmuşdu və 2013-cü ilin mayında keçirilib. Bütün keçirilmiş forumlarda Prezident İlham Əliyev iştirakçılar qarşısında nitq ilə çıxış edib.
1news.az