Kemeron: “Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb” | 1news.az | Xəbərlər
Siyasət

Kemeron: “Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb”

12:20 - 10 / 03 / 2016
Kemeron: “Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb”

IV Qlobal Bakı Forumunda dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların mesajları çatdırılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron müraciətində bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb. O qeyd edib ki, forum əməkdaşlıq sahəsində gözəl bir platforma yaradır: “Forumun işinə uğurlar arzulayıram”.

Daha sonra Kanadanın baş naziri Justin Trudonun videomesajı nümayiş etdirilib. O, beynəlxalq əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb: “Ümid edirəm ki, ruhlandırıcı şəkildə irəliyə doğru inkişaf edə biləcəyik”.

UNESCO baş katibi İrina Bokova videomesajında qeyd edib ki, bəşəriyyətin ümumi dəyərləri inkişaf etdirilməlidir.

1news.az

Paylaş:
922

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər