Natiq Əliyev: “Bu yaxında Azərbaycan təkcə "Şahdəniz" yatağından 25 milyard kubmetr qaz hasil edəcək”
“Bu yaxında Azərbaycan təkcə "Şahdəniz" yatağından 25 milyard kubmetr qaz hasil edəcək”
1news.az-ın verdiyi xəbərə görə, bunu enerji sahəsində müzakirələr zamanı energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında bildirdib.
N.Əliyevin sözlərinə görə, bu gün dünya bazarında neftin qiyməti 30-a yaxın faktordan - iqtisadi, siyasi, texniki, nəqli faktorlardan asılıdır. Ona görə kimsə desə ki, mən yüz faiz bilirəm ki, sabahdan neftin qiyməti artacaq və yaxud azalacaq, buna inanmaram. Ancaq bilirik ki, bu çox davam edə bilməz. Ona görə ki, neftin çıxarılmasının, istehsalının maya dəyəri var və neftin qiyməti maya dəyərindən aşağı ola bilməz”.
“Azərbaycanda neftin hasilatı ilə 2 təşkilat məşğul olur. Dövlət Neft Şirkəti 8 milyon ton illik neft istehsal edir. Azərbaycanda hasilat çox stabildir, azalmasına imkan vermirik. Mütəmadi olaraq texniki tədbirlər görürük ki, dövlət neft şirkəti tərəfindən istehsal olunan neftin həcmi stabil qalsın. 2-ci "Azəri- Çıraq- Günəşli" yatağından neftin kondensativ istehsalı həyata keçirilir. Bu gün onların ikisi birlikdə 41 milyon ton neft istehsal edirlər. Vəzifəmiz odur ki, biz də, BP şirkəti də Azərbaycanda neftin istehsalını stabil saxlayaq”,- N.Əliyev bildirib.
Energetika naziri təbii qaz hasilatı məsələsinə toxunaraq bildirib ki, təbii qaz hasilatının həcmi artırılacaq. Yaxın 2-3 ildə Azərbaycan təkcə "Şahdəniz" yatağından 25 milyard kubmetr qaz hasil edəcək”.
“Biz həmişə demişik layihələrimiz öz resurslarımıza, öz istehsalımıza hesablanıb. İkinci, üçüncü tərəf olsa bu layihəni daha da səmərəli edə bilər. Cənub qaz dəhlizinə gəlincə, bizim qoyduğumuz borular imkan verəcək ki, gələcəkdə onunla qazın ötürmə həcmini artırmaq mümkün olsun”,- energetika naziri qeyd edib.
1news.az