Azərbaycanla Tailand arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Tailand arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

15:27 - 11 / 03 / 2016
Azərbaycanla Tailand arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Martın 11-də Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan Tailand Krallığının Müdafiə Nazirliyinin daimi katibinin müavini, general Porpol Maneerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

1news.az-a Müdafiə Sənayesi Nazirliyindən bildiriblər ki, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Tailand arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar nazirliyin müəssisələrində olub, istehsal prosesini izləyiblər.

1news.az

 

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər