Rəsmi Moskva: Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin öz əlindədir
“Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq vasitəçilər tərəfindən deyil, yalnız onun iştirakçıları tərəfindən tapıla bilər”.
1news.az-ın TACC-a istinadla verdiyi xəbərə görə, bu haqda Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Bununla yanaşı, Rusiya münaqişənin həllinə yardım etmək üçün beynəlxalq formatlarda ardıcıl işlər görür.
“Həqiqətən də mövcud beynəlxalq formatlarda Rusiya münaqişənin həllinə yardım etmək üçün ardıcıl işlər görür. Bu, hansısa birdəfəlik səy deyil, bu, ardıcıl xətdir. Lakin münaqişə ilə bağlı yekun qərar yalnız münaqişənin iştirakçıları tərəfindən verilə bilər. Nə beynəlxalq vasitəçilər, nə də Rusiya Ermənistan və Azərbaycanın əvəzinə münaqişəni nizamlaya bilməz”, - D.Peskov bildirib.
1news.az