Elçin Quliyev Rusiyanın Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elçin Quliyev Rusiyanın Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini ilə görüşüb

17:02 - 11 / 03 / 2016
Elçin Quliyev Rusiyanın Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev ölkəmizdə səfərdə olan Rusiyanın  Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

1news.az-ın məlumatına görə, görüş zamanı tərəflər arasında Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, demarkasiya işlərinin təşkili üzrə praktiki əməkdaşlığın davamı, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.

 

Söhbət əsnasında ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasındakı əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə verdiyi vurğulanıb. 

 

Bununla yanaşı, görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu  vurğulanıb, həmçinin sərhəd  mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində Rusiya nümayəndələrinə ətraflı məlumat verilib.

 

Tədbir iştirakçıları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrinin müasir standartlara uyğun təkmilləş­dirilməsi, sərhəd nəzarəti prosedurlarının sadələşdirilməsi istiqa­mətində zəruri addımların atılmasının vacibliyini vurğulayıblar.

 

1news.az

Paylaş:
1457

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər