Zərdab sakini özünü güllələdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdab sakini özünü güllələdi

17:12 - 11 / 03 / 2016
Zərdab sakini özünü güllələdi

Zərdab rayonunda intihara cəhd olub.

1news.az-ın Daxili İşlər nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Rahim Əhmədli evində intihar məqsədilə tüfəngdən açdığı atəşlə özünə üz nahiyəsindən xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.

Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “Tula-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər