Bakıda IV Qlobal Forum işinə davam edir
Dünən Bakıda açılışı olan IV Qlobal Forum bu gün “Çoxqütblü dünya istiqamətində” adı ilə işinə davam edir.
1news.az xəbər verir ki, Forumda dünyanın 53 ölkəsindən 300-dən çox nümayəndə iştirak edir. Bular sırasında Gürcüstan, Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Hersoqovina prezidentləri, o cümlədən, 27 eks-prezident və 23 eks- baş nazir iştirak edib.
Forumun gedişatında münaqişələrin həllində dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması, həmçinin energetika sahəsində əməkdaşlıq və dünya idarəetməsi perspektivləri müzakitə olunub.
Xatırladaq ki açıq birlikləri forumu 2013-cü ildən etibarən Bakıda keçirilir ötən 3-cü Qlobal Forumu ötən ilin aprel qyında 350-dən çox nümayəndənin iştirakı ilə keçmişdi. Həmin forumun mövzusu “Yeni dünya düzənində güvənin bərpa olunması” idi.
Qeyd edək ki, bütün forumlarda Azərbaycan Prezidenti ilham Əliyev iştirak edib və iştirakçılar qarşısında nitq söyləyib.
1news.az