Oğurluğa görə tutulan Sumqayıt sakinlərindən narkotik maddə tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğurluğa görə tutulan Sumqayıt sakinlərindən narkotik maddə tapılıb

22:41 - 11 / 03 / 2016
Oğurluğa görə tutulan Sumqayıt sakinlərindən narkotik maddə tapılıb

Cari il yanvarın 26-da metronun “28 May” stansiyasında Bakı şəhər sakini Fəvziyyə Yusufovaya məxsus çantadan 5000 rubl və 150 manat oğurlanıb.

1news.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  hadisəni törətmiş Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vidadi Nəzərov və Ramin İsgəndərov tutulublar.

Onların martın 9-da E.İsgəndərovaya, G.Ağayevaya və T.Əliyevaya məxsus mobil telefonları oğurlamaları da müəyyən edilib.

V.Nəzərovdan 0,162 qram, R.İsgəndərovdan 0,159 qram heroin götürülüb.

1news.az

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər